İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Milli Təhlükəsizlik Şurası təcili iclas keçirib.

Tribuna.az xəbər verir ki, bu barədə yerli media xəbər yayıb.

Məlumatda bildirilir ki, Şuranın katibi Məhəmmədbaqer Zülqədrin başçılığı ilə keçirilən iclasda ölkədə yeni kütləvi etirazların başlanması ehtimalı müzakirə olunub.

Hesabatlarda iqtisadi böhran, kütləvi işsizlik, internetin kəsilməsi, neft və polad sənayesinin dayanması kimi amillərin kütləvi narazılığı artırdığı və etirazların qaçılmaz olduğu qeyd edilir.

Məlumatda deyilir ki, hakimiyyət xüsusilə əmək günü ərəfəsindəki çağırışlardan və mövcud vəziyyətin rejim üçün ciddi təhlükə yaratmasından narahatdır.

Məlumatlı mənbələrə görə, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri bu narahatlıqları nəzərə alaraq hesab edirlər ki, ABŞ ilə danışıqlar zamanı və ya atəşkəs rejiminin uzadılmasından sonra xalq etirazları İranda rejimin süqutu üçün real risk yarada bilər.

Fərda Uğur