İranın Rusiyadakı səfiri Kazım Cəlali Moskvada Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb və danışıqlar aparıb.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Cəlali və Boqandov görüş zamanı İran, Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin Suriya məsələlərinə dair dördtərəfli görüşünü müzakirə ediblər.
Bu günlərdə Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov İran, Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşünün may ayına təxirə salındığını bildirib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiya, İran, Suriya və Türkiyənin yüksək rütbəli diplomatları aprelin 3-4-də Moskvada məsləhətləşmələr zamanı dördtərəfli nazirlər görüşünün planını müzakirə ediblər.
28 dekabr 2022-ci ildə Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması səyləri çərçivəsində Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Görüş iştirakçıları üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Məsləhətləşmələrdən sonra Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında danışıqların mümkünlüyünü müzakirə etmək üçün yüksək səviyyəli diplomatlar arasında görüşün keçiriləcəyi gözlənilir. Daha sonra İranın xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələrə qoşulacağı bildirilib.









