İranda kütləvi ixtisaslarda iştirak etdiyi üçün həbs edilən daha bir etirazçı edam edilib.
Tribuna.az xəbər verir ki, edam hökmü verilən Məcidrza Rahanavard bıçaqla polis əməkdaşları Hüseyn Zeynalzadə və Daniyal Rezazadəyə ölümcül xəsarətlər yetirməkdə ittiham olunurdu. Şahidlərin ifadələrinə görə, o, hadisə yerindən uzaqlaşan zaman yoldan keçən insanlara da hücum edib. O, ölkəni tərk edərkən saxlanılıb.
Bu, İranda iğtişaşlarla bağlı icra olunan ikinci edam hökmüdür. Bir neçə gün əvvəl də Möhsün Şekari adlı şəxs Tehranda kütləvi iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaraladığına görə ölüm cəzasına məhkum edilmişdi.
Xatırladaq ki, sentyabrın 16-da İranda Məhsa Əmininin ölümündən sonra başlayan iğtişaşlar səngimək bilmir. O, İranda geyim qaydalarını pozduğuna görə polis tərəfindən dindirilərkən ürək tutmasından dünyasını dəyişib.
Nigar
Tribuna.az










