İRAN BAZARINDA DOLLARIN QİYMƏTİ REKORD HƏDDƏ…

İRAN BAZARINDA DOLLARIN QİYMƏTİ REKORD HƏDDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın azad bazarında dolların qiyməti rekord vuraraq proqnozlaşdırıldığı kimi 40 min tümən həddini keçərək 40050 tümən təşkil edib.

Tribuna.az xəbər verir ki, Tehran hökuməti ölkədə valyuta və qızıl sikkələrin qiymətinin artmasını etiraz aksiyaları, müxalif media orqanlarının fəaliyyəti ilə əlaqələndirir.

Hökumət hələ də qiymətlərə nəzarət etməkdə israr edir.

İran Mərkəzi Bankın başçısı isə dolların dəyərinin kəskin artımını dünyanın 90-dan çox ölkəsində uçot dərəcəsinin artması, mövsümi dalğalanmalar və ölkədə davam edən etiraz nümayişləri ilə əlaqələndirir.

Nigar

Tribuna.az