İran parlamentinin üzvü Hüseynəli Hacıdeliqani Azərbaycanda cəza çəkən iranlı məhbusların cəzalarının qalan hissəsinin İranda çəkmələri üçün ölkəyə ekstradisiya prosesinin davam etdirilməsini istəyib.
Tribuna.az xəbər verir ki, o, bununla bağlı parlamentdə çıxış edib.
Hacıdelqani məsələ ilə bağlı İran prezidenti Məsud Pezeşkiana yazılı müraciət ünvanlayıb. Dövlət başçısından Bakı ilə danışıq aparmalarını istəyib.
Fərda Uğur









