Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabında olan vəsaitdə bir ömür heç işləmədən yaşamaq olar.
Tribuna.az xəbər verir ki, Y.Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda qoyduğu pula stop qoyulub. Şəxsin hesabında 1 milyard dollar olub.
İqtisadçı Müşfiq Hüseynov bildirir ki, 1 milyard dollar vəsaitlə 70 il işləmədən yaşayaraq günə 66536 manat pul xərcləmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.
Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.
Tribuna.az









