“İphone 14” lə bağlı qərar: İstehsalı dayandırıla bilər

“İphone 14” lə bağlı qərar: İstehsalı dayandırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində karonavirusa qarşı görülən tədbirlər daha da sərtləşdirilir. Dünyanın ən böyük iPhone fabriki olan Foxconn da bu bölgədə olduğundan, yeni “iPhone 14” telefonlarının istehsalı dayandırıla bilər.

TİA.AZ xarici mediaya istinadən bildirir ki, fabrik işçilərinin koronavirusa yoluxması səbəbilə fabrik qısa müddətdə fəaliyyətini dayandırıb.

Çin sədri Si Cinpinin koronavirusla bağlı sıfır tolerantlıq siyasəti ictimaiyyəti və biznesi çətin vəziyyətə salıb. Çinin sosial media platforması WeChat-da yayımlanan rəsmi açıqlamaya görə, ictimai nəqliyyat da karantin səbəbilə dayandırılıb və insanlara evdən işləmək tövsiyə olunub.