İngiltərə, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Kahramanmaraşın Türkoğlu rayonunda 24 çarpayılıq sahə xəstəxanası qurdu.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, zəlzələdə zərər görən və istifadəsiz vəziyyətdə olan Türkoğlu Dövlət Xəstəxanasının bağçasında qurulan xəstəxana Sivas UMKE sağlamlıq müəssisəsi ilə birlikdə xidmət göstərir.
Xəstəxanaya rəhbərlik edən mütəxəssis tibb bacısı Kapitan Keti Huk, zəlzələdən dərhal sonra hərəkətə keçdiklərini və üç gün ərzində hərbi xəstəxananı topladıqlarını, altıncı gün Türkiyəyə çatdıqlarını və xəstəxananın qurulmasına başladıqlarını söyləyib.
Quraşdırma tamamlandıqdan sonra xəstələri qəbul etməyə başladıqlarını izah edən Huk, 22-si səhiyyə işçisi olan 100 nəfərlik bir qrupla işləməyə davam etdiklərini bildirib.
Tribuna.az









