“Ukraynaya qarşı terroru birinci Rusiya başlatmışdı, Petro Poroşenkonun prezidentliyi dövründə Kiyevdə partlayan maşınlarda ukraynalı zabitlər qətlə yetirilirdi. Rusiyanın Kiyevdəki yatmış hücrələri Moskvadan aldıqları təlimat əsasında partlayışlar törədirdilər. Yatmış hücrələrin və Ukrayna ordusuna, o cümlədən kəşfiyyat xidmətinə soxulmuş xəfiyyələrin çoxu neytrallaşdırıldı. Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə əmr verəndə ancaq “qazancları” hesablayıb, itkiləri proqnozlaşdırmayıb”.
TİA.Az məlumat verir ki, politoloq Elxan Şahinoğlu Krım körpüsü ilə bağlı deyib. Onun sözlərinə görə, bu gün Rusiyaya qarşı tək Ukrayna savaşmır, ABŞ, Böyük Britaniya və digər bir qisim Qərb ölkəsinin kəşfiyyat xidməti Kiyevə hərtərəfli dəstək verir, bütün vasitələrlə qorunan Krım körpüsünün partladılması ortaq əməliyyatın nəticəsidir: ” Putinin layihəsi olan Krım körpüsünün partladılması Kreml sahibinin imicinə böyük zərbədir. O hazırda əks-həmlə barədə düşünür və əmrlər verir. Ancaq o təkdir, qarşısındakı isə böyük koalisiyadır”.
TİA.Az









