Anadolu 7-ci Asliyə Cəza Məhkəməsi İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs və siyasətlə məşğul olma qadağası cəzası verilib. O, sonuncu bələdiyyə seçkiləri zamanı, seçki komissiyasının üzvlərini təhqir etməkdə suçlandırılır.
Tribuna.az yazır ki, Əkrəm İmamoğlunun həbs qərarını Türkiyə siyasətini yaxından izləyənlər şərh edirlər. Şərhçilər iddia edir ki, Ərdoğan Mansur Yavaşı sıradan çıxarmaq üçün bu addımı atıb və beləliklə bu İmamoğlunun reytinqini qaldıraraq 6-lı masanın vahid namizədi edəcək .
Əslində isə 6-lı masanın ən təhlükəli və Ərdoğanı problemə salacaq ən güclü rəqib məhz elə İmamoğludur.
İmamoğluda digər 6-lı masadaki müxalifət liderlərindən fərqləndirən xüsusi özəllikləri var . İmamoğlu təbliğat və media ilə çox gözəl işləməyi bacarır. İmamoğlu son seçkilərin ulduzu idi .
İmamoğlu AKP-ni ən önəmli şəhərdə 2 dəfə udan qalib siyasətçidir .
Bu səbəbdən AKP 2023 ci ildəki seçkilərə İmamoğlunu buraxmaq istəmir və həbsini bununla əlaqələndirir. Türkiyə hakimiyyəti əksinə fağır və zəif Mansur Yavaş kimi rəqib istəyir .
Tribuna.az









