ABŞ-ın Bloomberg xəbər agentliyi Twitter-in yeni sahibi İlon Maskın 3700 nəfəri işdən çıxaracağını bildirib. Bu rəqəm Twitter-in ümumi işçilərinin təxminən yarısıdır.
TİA.AZ xəbər verir ki, sosial şəbəkənin yeni sahibinin cümə günü işdən çıxarılan işçilərə məlumat verəcəyi də iddia edilir.
Bloomberg, həmçinin İlon Muskın şirkətdəki “uzaqdan iş” siyasətinə son qoymağı hədəflədiyini, bəzi istisnalarla artıq işçilərdən ofisə gəlmələrinin istəniləcəyini yazıb.









