Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması Azərbaycan üçün də mühüm bir hadisədir. Mövcud İran-Azərbaycan gərginliyi Xəzər donanmasının gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Gələcəkdə Türkiyə və Azərbaycan Xəzərdə “TCG Anadolu” bənzəri yeni bir PUA gəmisinin ərsəyə gəlməsi üçün ortaq iş görə bilər.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Xəzər dənizində Azərbaycan donanmasının tərkibində “TCG Anadolu” kimi bir PUA gəmisinin olması İran kimi ölkələrə gözdağı olacağıdır:
“Bu həmçinin Mərkəzi Asiya türk dövlətləri nəzdində Ankara və Bakının dəyərini daha da artıracaq. Bu TDT baxımından da ciddi addım ola bilər”.
Qeyd edək ki, Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlayır. Uzunluğu 231 metr, eni isə 32 metr olan “TCG Anadolu” 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Maksimum yükdəyişmə qabiliyyəti isə 27 min 436 tondur.









