İkinci ABŞ-İran müharibəsi cümə günü başlaya bilər

İkinci ABŞ-İran müharibəsi cümə günü başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran münasibətləri fonunda gərginlik davam edir.

Tribuna.az xəbər verir ki, tərəflərin müharibə hazırlıqları daha çox diqqəti çəkməyə başlayıb.

ABŞ prezidenti Donald Tramp son açıqlamasında bildirib ki, Tehran rəsmiləri iki fərqli yanaşma nümayiş etdirirlər. “İran rəsmiləri müqaviləni imzalamağa can atırlar, lakin razılığa gəldikdən sonra bağlanmış müqavilə ilə heç bir əlaqəsi olmayan bir mətn göndərirlər”.

Dünən həmçinin Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin xahişindən sonra ABŞ-nin bu günə planlaşdırılan İrana qarşı hərbi hücumu təxirə saldığı məlumatı yayılıb. Tramp isə bu barədə deyib ki, hazırda “ciddi danışıqlar” gedir və bu danışıqlar İranın nüvə silahına sahib olmamasını nəzərdə tutan bir razılaşma ilə nəticələnə bilər. “Bununla belə, qəbul edilə bilən bir razılaşma əldə olunmayacağı təqdirdə, istənilən an İrana qarşı tammiqyaslı və genişmiqyaslı hücuma başlamağa hazır olmaq barədə də göstəriş vermişəm”.

Bu əsnada, Bəhreyn Müdafiə Qüvvələri İrana hücum halında tam hazırlıqlı olduğunu bəyan edib.  İranı XİN-in mətbuat katibi İsmayıl Bəqayi isə deyib ki, hər şeyi izləyirlər. “Biz bütün hərəkətləri izləyirik və hər hansı bir ehtimala hazırıq. Əgər qarşı tərəf ən kiçik bir səhvə yol verərsə, necə cavab verəcəyimizi çox yaxşı bilirik”.

Qərb mediası isə bu həftənin cümə günü İrana qarşı hərbi kampaniyanın ikinci mərhələsinin başlayacağı iddiası ilə çıxış edir. Nəşrələr yazırlar ki, Pentaqon artıq bununla bağlı çeşidli hərbi planlar hazırlayıb. Həmçinin İsrail Nazirlər Kabineti son iki gündə iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirib. Baş nazir Benyamin Netenyahunun iştirakı ilə keçirillən iclasda İrana hücum məsələsinin müzakirə edildiyi qeyd olunur.

Fərda Uğur