1999-cu ildə Türkiyədə zəlzələ baş verəndə Yunanıstan öz xilasedicilərini Türkiyəyə göndərdi. Bir müddət sonra Yunanıstanda zəlzələ baş verdi, Türkiyə dəstəyini əsirgəmədi. Buna qədər iki ölkə arasında gərgin olan münasibətlərdə yumşalma müşahidə olundu. Doğrudur bu uzun çəkmədi. İndi də Yunanıstan və Fransa öz xilasedicilərini Türkiyəyə göndəriblər, liderlərin telefon zəngləri olub. Zəlzələ siyasi qarşıdurmaları müvəqqəti olaraq arxa plana keçirib.
Tribuna.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunu fikrincə, insanları xilas etmək indi hamının əsas amalına çevrilib:
“Könül istər ki, yardımlaşma və humanitar dəstək siyasi münasibətlərdəki gərginliyi aradan qaldırsın. Ancaq bunun üçün Afina və Paris siyasi müstəvidə Türkiyə əleyhinə siyasətlərini korrektə etməlidirlər. Belə olarsa Ankaranın cavabı özünü gecikdirməyəcək”.









