Argentinalı model və televiziya siması, futbolçu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara yeni sevgilisi Martin Migueles, vəkili Ana Rosenfeld və qızları ilə birlikdə İtaliyada istirahət edərkən görüntülənib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Nara ailəsi və yaxınları ilə birlikdə İtaliya küçələrində kameralara tuş gəlib.
Onun sevgilisi Martin Migueleslə səmimi görüntüləri də diqqətdən yayınmayıb.
Xatırladaq ki, Vanda Nara ilə Mauro İkardinin münasibəti uzun illər dünya mediasının gündəmində olub. Cütlüyün iki qızı var. Onların boşanma prosesi və münasibətlərində yaşanan qalmaqallar xüsusilə son illərdə geniş müzakirə edilib.
Gülşən Rəsul











