Honkonqda yerləşən yaşayış kompleksində 94 nəfərin həyatına son qoymuş yanğın tamamilə söndürülüb.
Tribuna xəbər verir ki, yanğınsöndürənlər axtarış-xilasetmə tədbirlərini davam etdirir, heç kimin içəridə qalmadığına əmin olmaq üçün mənzillərə bir-bir baxış keçirilir.
***
08:36
Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Tribuna “Sinxua” agentliyinə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 94-ə çatıb.
***
27 noyabr, saat 20:25
Honkonqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 75-ə çatıb.
Tribuna “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.









