HÖKUMƏT ŞOK İSLAHATA GEDİR: BU SAHİBKARLAR  VERGİDƏN AZAD EDİLİR – RƏY

HÖKUMƏT ŞOK İSLAHATA GEDİR: BU SAHİBKARLAR VERGİDƏN AZAD EDİLİR – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib ki, kiçik-orta biznes vergilərdən azad ediləcək. Tribuna.az yazır ki, iqtisadçı Natiq Cəfərli nazirin mövqeyini şərh edib. Onun sözlərinə görə, müsbət qərardır, amma ilk kiçik-orta biznesin əsas dərdlərindən biri ƏDV ilə bağlı məsələdir: “Hələ devalvasiyadan əvvəl dövriyyə məhdudiyyəti olan illik 200 min manat norması mütləq dəyişdirilməlidir! İldə dövriyyəsi 200 min manatı keçən kimi ƏDV-ni yükləyirlər sahibkarın belinə, ona gərə də, ilk addım kimi dövriyyə məhdudiyyəti illik 200 mindən 1 mln. manata qaldırılmalıdır.
Bir də ki, hökumət kiçik-orta sahibkara kömək etmək istəyirsə, sadəcə mane olmasın yetər”.

Tribuna.az