“Hökumət buludu”na keçəcək qurumların sayı artıb

“Hökumət buludu”na keçəcək qurumların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin informasiya ehtiyatları mərhələli şəkildə “Hökumət buludu”na keçəcək.

TİA.AZ-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Bununla da informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na mərhələli keçəcək qurumların sayı 93-ə çatıb.