Almaniya hökuməti II Dünya müharibəsi zamanı dəyən zərərin ödənilməsinə dair Polşa ilə danışıqlardan imtina edib. Almaniya Polşaya təzminat ödəməkdən boyun qaçırır.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Almaniya hökuməti II Dünya Müharibəsi zamanı Polşaya dəyən zərərin ödənilməsi məsələsi ilə bağlı danışıqlara başlamaq niyyətində deyil:
“Lakin hakimiyyət orqanları, 1939-1945-ci illərdə alman işğalı zamanı dəyən zərərin aradan qaldırılması üçün səylərini davam etdirəcək”.
Varşava Berlindən 6,2 trilyon zlotı (1,3-1,5 trilyon dollar) reparasiya tələb edir.
Almaniya hökuməti Varşavanın 1953-cü ildə təzminatdan rəsmən imtina etdiyini əsas gətirərək reparasiya üçün heç bir səbəb görmədiyini bildirib. Varşava isə 1953-cü il müqaviləsinin SSRİ-nin təzyiqi ilə imzalandığını və hazırda mövcud olmayan Polşa Xalq Respublikası və Almaniya Demokratik Respublikasına aid olduğunu iddia edir.
Tribuna.az









