İnvestisiya araşdırma şirkəti “Hindenburg Research” Hindistanlı milyarder (Forbs jurnalına görə, 96,6 milyard dollar) Adani Group konqlomeratı Qautam Adanini çoxsaylı maliyyə pozuntularına görə ittiham edib.
Tribuna.az “Bloomberg”ə istinadən xəbər verir ki, iddialar şirkətin hesabatında yer alıb. “Hindenburg Research” şirkəti iki ildir ki, mühasibat saxtakarlığını araşdırır. Hesabat bir gündə Adaninin biznes imperiyasının dəyərini 12 milyard dollar azaldıb.
“Hindenburg Research” Adani Qrupunun hərəkətlərini “tarixdəki ən böyük fırıldaq” adlandırıb və Hindistan konqlomeratının onilliklər ərzində bunları törətdiyini qeyd edib. Adani Qrupu iddiaları rədd edir və tədqiqatçıları məhkəməyə vermək istəyir. “Hindenburg Research” məhkəmə prosesini alqışlayıb.
Hindistan konqlomeratı Adani Group-un rəhbəri Qautam Adani Hindistanda və bütün Asiyada ən zəngin adamlardan biridir.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında o, Bloomberg-in dünyanın ən varlı adamları siyahısında Amazonun qurucusu Ceff Bezosu keçərək ikinci yerə yüksəlmişdi.
Eyni zamanda, 2022-ci ilin əvvəlində Adani milyarderlərin qlobal reytinqində 14-cü yerdə qərarlaşıb. İndi o , 113 milyard dollar sərvəti ilə 4-cü yerdədir.









