HİNDİSTANDAN ERMƏNİSTANA GERİDƏQALMIŞ SİLAH AXINI … “ORDUMUZ ÜÇÜN CİDDİ TƏHDİD DEYİL” – ANALİTİK

HİNDİSTANDAN ERMƏNİSTANA GERİDƏQALMIŞ SİLAH AXINI … “ORDUMUZ ÜÇÜN CİDDİ TƏHDİD DEYİL” – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Ermənistanla hərbi – texniki dostluğunu davam etdirir. Məlumatlara görə, yaxın vaxtlarda 100 ədəd ATAGS artileriya sistemlərinin Ermənistana satılması ilə bağlı saziş imzalanıb. Bu sistemlər 45 km -ə qədər məsafəyə atəş açırlar.

Tribuna.az xəbər verir ki, siyasi şərhçi Zaur Məmmədovun sözlərinə görə, əslində ATAGS Azərbaycan ordusu üçün ciddi təhdid deyil:

“Ermənistanın aldığı silahlar nə qədər geridə qalmış olsa, o qədər yaxşı olar. Lakin Hindistanın Azərbaycana bəslədiyi mövqe başa düşülən deyil. Hindistanın hətta Qoşulmama Hərəkatında ölkəmizə qarşı nümayiş etdirdiyi mövqe bu ölkənin səhv yolda olduğunun göstəricisidir”.