Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi müddəti artırılır

Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi müddəti artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılacaq.

Tribuna.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.