“Tez-tez deyirlər ki, hollandıyalı mütəxəssis Türkiyədə güclü zəlzələ olacağını bildirib, amma fikir verən olmayıb. Bu, mənasız yanaşmadır. Tutaq ki, sanballı bir alim yaxın vaxtlarda filan şəhərdə zəlzələ olacağını deyir. Bu məlumatdan sonra 5 milyon (lap olsun 1 milyon,) əhalisi olan şəhərin və ya ölkənin rəhbəri nə etməlidir? Şəhəri boşaltmalı, əhalini köçürməldir?”
Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, hər belə proqnoza görə yaşayış məntəqələrini köçürsələr, onda insanların həyatının axarı pozular, ciddi problemlər yaranar:
“Bu, mümükün deyil. Sadəcə, seysimik ərazilərdə yaşayan insanlar fövqaladə hallara hazır olmalıdırlar. Ən azı mənzili tərk edərkən ən zəruri əşyaları götürməyə hazırlıqlı olmaq lazımdır. Həm də onlar zəlzələ vaxtı nə etmək lazım olduğu barədə məlumatlı olmalıdırlar. Praktika göstərir ki, panika düzgün qərar qəbul etməyə imkan vermir. 2000-ci il zəlzələsi zamanı özümüz bunun şahidi olduq”.









