Hər kəs 11 yaşlı məktəblidən danışır: Sinif yoldaşlarını qoruyan zaman özü həlak oldu

Hər kəs 11 yaşlı məktəblidən danışır: Sinif yoldaşlarını qoruyan zaman özü həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən faciəli hadisə zamanı həyatını itirən 11 yaşlı Kerem Erdem Güngörün sinif yoldaşı olan qızları qoruduğu zaman öldüyü məlum olub.

Tribuna.az xəbər verir ki, hadisə zamanı Kerem böyük cəsarət göstərərək sinif yoldaşlarına “Pəncərədən atlayın” deyə səslənib və onların xilas olmasına kömək edib. Onun xəbərdarlığı ilə bir neçə şagird, o cümlədən Melek adlı qız pəncərədən çıxaraq qaça bilib.
Məlumata görə, Kerem hücum edən şəxsin qarşısında dayanaraq digər uşaqları qorumağa çalışıb və nəticədə özü hədəfə çevrilib. O, dostlarının həyatını xilas etmək uğrunda öz canından keçib.
Faciədən sonra Keremin xilas etdiyi şagirdlər onun ailəsini ziyarət ediblər. Şagirdlərdən biri – Melek, Keremin atası Mustafa Güngörə “Bizi Kerem qorudu, həyatımızı ona borcluyuq” deyib.
Cəmi 11 yaşı olan Keremin göstərdiyi fədakarlıq və cəsarət Türkiyə ictimaiyyətində böyük kədər və qürur hissi doğurub. Onun bu qəhrəmanlığı uzun müddət yaddaşlardan silinməyəcək.

Nigar İxtiyarqızı