Paşinyanın Ruslardan asılı ordunu ələ keçirmək planı hələ çox erməni əsgərinin canını alacaq.
Tribuna.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli səsləndirib.
“Atəşkəsin tez-tez pozulduğu zonanın yaxınlığında – Kəlbəcər – Basarkeçər xəttində yerləşən erməni hərbi hissəsində yanğın (elə deyirlər, bölgəyə yaxın bizim V ordu – xüsusi təyinatlılar və Yaşma qulluq edir) baş verib, 15 əsgər ölüb, üç nəfərin vəziyyəti ağırdır.
Ermənistan prezidenti təcili əmrlə birbaşa 12-ci ordunun komandiri – Vahram Grigoryanı vəzifədən azad edib”- deyə, Ə.Əlibəyli bildirib.
Tribuna.az









