Həcc ziyarətində bu qadağalar ləğv edildi

Həcc ziyarətində bu qadağalar ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyası zamanı zəvvarlara tətbiq edilən bəzi qadağaları aradan qaldırıb.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının Həcc və Ümrə başqanı Tevfik er-Rabia Ciddədə keçirilən “Expo Hajj 2023” sərgisinin açılışında “Rəhmanın qonaqlarına xidmətdə keyfiyyət və rəqabət qabiliyyəti: gələcəyə baxış” başlığı ilə çıxışı zamanı danışıb.

O, bu il zəvvarlara yaş məhdudiyyəti qoyulmayacağını və sayının epidemiyadan əvvəlki kimi olacağını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yeni növ koronavirusun (COVID-19) yayıldığı 2020-ci ildən sonra zəvvarlara yaş və say məhdudiyyəti qoyub.

Bu səbəbdən 2019-cu ildə 2,5 milyona çatan zəvvarların sayı 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 779 min 919-u Səudiyyə Ərəbistanından kənarda olmaqla 899 min 353 ilə məhdudlaşıb.