Avstraliyada insan hüquqları ilə həbsxana təhlükəsizliyi qaydaları arasında nadir görülən toqquşma yaranıb.
Tribuna.az “CNN world”-a istinadən xəbər verir ki, Viktoriyadakı yüksək təhlükəsizliyin təmin edildiyi həbsxanalardan birində saxlanılan Andre MakKeçni adlı məhkum qidalanma hüquqları ilə bağlı məhkəməyə müraciət edib. Mübahisənin Əsas səbəbi “Vegemite” adlı qidanın təhlükəsizlik riski səbəbindən həbsxanada qadağan edilməsi olub. Avstraliya və Yeni Zelandiyada mədəni simvol sayılan həmin qida mayadan hazırlanmış, tünd qəhvəyi rəngdə, güclü və duzlu dada malik məhsuldur. Məhkum iddia edir ki, bir Avstraliyalı kimi bu qidanı yeməyə icazə verilməməsi onun mədəni kimliyinə zərər vurur. İşə Viktoriyanın Ali Məhkəməsi tərəfindən baxılır.
Sahilə Arifqızı









