Həbib Nurməhəmmədovun 300 milyon borcu yığıldı

Həbib Nurməhəmmədovun 300 milyon borcu yığıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həbib Nurməhəmmədovun Roskomnadzora (Rusiyada rabitə, informasiya texnologiyaları və kütləvi informasiya vasitələrinə nəzarət edən dövlət qurumu) 300 milyon rubl borcu var.
Tribuna.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş UFC döyüşçüsü onlayn reklam yayımı üçün Roskomnadzora qonorar köçürə bilməyib.
Bu ödənişlər məcburi olduğundan, Nurməhəmmədov yenidən hesab dondurulması ilə üzləşib.
Qeyd edək ki, idmançı 2024-cü ildə vergi orqanlarının ona 302 milyon rubl borc tətbiq etməsində də eyni halla üzləşmişdi.
Bu səbəbdən Nurməhəmmədovun əmlakı müsadirə edilmişdi.
Müsadirə olunan mallara aşağıdakılar daxil idi:
— Dağıstanda ailə evi;
— Ferrari California T — 300.000 dollar;
— Mercedes-Benz AMG GT S — 161.000 dollar;
— Mercedes-Benz S-Class — 122.000 dollar;
— BMW 7 Series — 101.000 dollar;
— Toyota Land Cruiser — 85.000 dollar;
— Toyota Tacoma — 44.000 dollar;
Qeyd edək ki, 2025-ci ildə yenidən 1,8 milyon rubl vergi ödəyən Həbib, daha sonra BƏƏ-yə investisiya qoymaq üçün Rusiyadakı bütün bizneslərindən imtina etmişdi. Onun hazırda xaricdə təxminən aya 50 milyon dollar qazanmağa başladığı iddia edilib.