Kahramanmaraşda şiddətli zəlzələlər zamanı Hatayın Samandağ rayonunun 130 əhalisi olan erməni Vakıflı kəndində can itkisi olmadığı halda kəndin simvollarından biri olan Məryəm Ana kilsəsinin çöl divarları qismən zədələnib. Vakıflının zəlzələdə can itkisinin olmadığı nadir yerlərdən biri olduğunu qeyd edən muxtar Berç Kartun, “Bütün Türkiyəyə başsağlığı verir, tez sağal deyirəm” deyə bildirib.
Tribuna.az Hürriyət-ə istinadən xəbər verir ki, Osmanlı dövründə qurulan Türkiyənin Samandağ mahalına 5 kilometr uzaqlıqda, bütün əhalisinin yaşadığı Vakıflı kəndində can itkisi və xəsarət alan olmayıb.
30 ildir ki, erməni məhəlləsinin muxtarı olan Berç Kartun, can itkisinin olmadığını, artçı təkanlar səbəbindən axşamlar çadırlarda qaldıqlarını bildirib. Kartun, “Çadırda uzun müddət qalmağı planlaşdırırıq. Artıq kifayətdir, dedik.
Məhəllə muxtarı Kartun İstanbul Türkiyə Erməni Patriarxlığından çağırıldıqlarını və 3 TIR yardım materialının bölgəyə göndərildiyini ifadə edərək, “Patriarxımız və komandası sayəsində xüsusilə İskəndəruna yardım etdilər.
Tribuna.az









