Hansı rayonlara dotasiya ayrılacaq?

Hansı rayonlara dotasiya ayrılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 12 milyon 306 min manat ayırmaq proqnozlaşdırılır. Novator.az bildirir ki, həmin vəsait 8 rayon arasında bölünəcək:

Kəlbəcər – 2 milyon 347 min manat

Yardımlı – 2 milyon 184 min manat

Laçın – 1 milyon 397 min manat

Xocavənd – 1 milyon 367 min manat

Cəbrayıl – 1 milyon 521 min manat

Xocalı – 1 milyon 168 min manat

Lerik – 1 milyon 161 min manat

Zəngilan – 761 min manat.

Qalan şəhər və rayonlara dotasiya ayırmaq nəzərdə tutulmur.