“Nazir də nazirin müavini də yerində olmayan adamlardı”
Bu sözləri Tribuna.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat haqqında danışarkən deyib. Onun sözlərinə görə, Nazirlikdə neqativ hallar çoxdur:
“Ona görə də Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyat yerində aparılmış əməliyyatdır. Nazirin müavininin macəralarını biz çoxdan bilirdik. Bu işlə məşğul olan adamlar dövlətə xəyanət edən, xalqı dövlətin üzərinə qaldırmaqla məşğul olanlardır. Bu məsələdə biz dövlətin yanında olmalıyıq ki, xalqı dövlətdən incik salan qurumların aqibəti açılsın. Mədəniyyət Nazirliyində böyük yeyintilər var. Orda çox məsələlər var, onlar açılmalıdır. Sual olunur ki, necə olub bir il ərzində belə neqativ hallar yaranıb. Hər halda iş davam etməlidir”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
Aytac









