Son günlər Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində güneyli azərbaycanlıların kütləvi həbsi baş verib.
Tribuna.az xəbər verir ki, bu barədə “Azad İran” səhifəsi məlumat yayıb.
Bildirilir ki, Ərdəbildə ən azı 36 nəfər “vətənə xəyanət”, “rejim əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək” ittihamları ilə saxlanılıb. Eyni zamanda, Qərbi Azərbaycan əyalətində daha 17 nəfərin “xarici dövlətlərlə əməkdaşlıq etmək” ittihamı ilə həbs olunduğu bildirilir.
Fərda Uğur









