Tədqiqatçılar Günəşdə iki ürək döyüntüsünə bənzər səs qeydə alıb.
Alimlər bu səslərin ən güclü partlayışları anlamağa kömək edəcəyini deyib.
Günəş atmosferindəki səslərin hər 10-20 saniyədən bir eşidildiyi bildirilib.
Ritmik səslərin ulduz səthindən 5 min kilometr hündürlükdə olan C sinfinə aid bir günəş partlayışına aid olduğu güman edilir.
Araşdırmaya görə, günəş alovları çox güclü bir enerjinin çıxmasına şərait yaradır. Böyük partlayışlardan biri Yerə də təsir edə bilər.
ABŞ-da ilk səsin gəldiyi yer dəqiq müəyyən edilib. İlk səsin məşəlin nüvəsindən keçən 25 min kilometrlik elektrik cərəyanının təməlindən gəldiyi güman edilir.
Günəşdəki səslə bağlı mütəxəssislər tərəfindən araşdırmaların davam etdiyi bildirilib.









