Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində məhkəmə prosesi başa çatıb.
Tribuna.az APA-ya istinadən bildirir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunuvb.
Hökmə əsasən, Gültəkin Hacıbəyli barəsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.









