Cəlilabadda bədbəxt hadisə baş verib.
Tribuna.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndindəki fermada qeydə alınıb.
Belə ki, fermada gözətçi işləyən Goranboy sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açdığı atəş nəticəsində ağır xəsarət alıb.
Döş boşluğundan yaralanan M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.









