GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN ÜZVLƏRİ ETİRAZ AKSİYASI KEÇİRİR-VİDEO

GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN ÜZVLƏRİ ETİRAZ AKSİYASI KEÇİRİR-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri aksiya keçirirlər.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Samir Feyruzov məlumat paylaşıb. O bildirib ki, etirazçılar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmiyar Abdullayevin özbaşınalığına etiraz edir:

“Ölkədə elə bir sahə yoxdur ki, orada milyonların yeyintisindən söhbət getməsin. Təsəvvür edin, Səmiyar Abdullayev Gözdən Əlillər Cəmiyyətinin binasında özünə restoran açmışdı, daha sonra binanı satıb milyonlar qazandı.

Deputatlarla yaxın dostluq əlaqələri qurub, o, Baş nazirin müavini Əli Əhmədov tərəfindən qorunur. İstədiyi vaxt seçki keçirib özünü sədr edir. Özü də gözdən əlil olan bir adam məmurlarla əlbir olaraq, digər gözdən əlil minlərlə insanın haqqını niyə yesin?”

Tribuna.az