Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edərək çıxardığı qanunsuz qətnamə əsasında mənim və qızımın həyatı ciddi təhlükə altındadır. O, mən və 24 yaşlı qızımın Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2, ev 2 ünvanda yaşamağımıza dair bir neçə il əvvəl qətnamə çıxarılıb.
Bu şikayət məktubu ilə Tribuna.az-a Göyçay şəhər sakini Hüseynova Lətafət Əflatun qızı müraciət edib. O bildirib ki, həmin evə 1996-cı il tarixdə gəlin gəlin və burada bir qızı dünyaya gəlib:
“Həyat yoldaşım uzun müddətdir ki, bizi atıb Rusiya Federasiyasına gedib. Hakim İbrahim Fəttahov sonradan həmin ünvanda yerləşən 1 otaqlı evə Rəfiyev Taleh Tacir oğlunun köçürülmsinə dair qətnamə çıxarıb.Guya həmin evi Taleh Rəfiyev adlı şəxs alıb.Hansı ki, Taleh Rəfiyev mənim qaynanamın vəkili olub. Onlar danışıb razılaşıb belə saxtakarlıq yolu ilə bizi bezdirib bu evdən çıxarmaq istəyirlər. Bir otaqlı evdə mənim 24 yaşı qızmın və digər yad bir kişinin yaşaması necə mümkün ola bilər ?
Bu dünyada analoqu olmayan qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarıb.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib xahiş edirəm ki, namussuzluq edib qanunsuz qətnamə çıxarmış Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz”.
Şikayətçinin fikrincə, bu məhkəmə qətnaməsi yox, namussuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarıb.
Əlaqə tel; 050 675-30-45
Nigar
Tribuna.az











