Google 3 milyard insanı Chrome internet brauzerində yaranan səhv barədə xəbərdar edib.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, şirkət istifadəçilərin təcili olaraq Chrome-un ən son yeniləməsini almalı olduqlarını açıqlayıb.
Google-un bloqunda yer alan xəbərdarlıqda, Google Chrome veb brauzerindəki səhvə görə dünya üzrə 3 milyard insanın təhlükə altında olduğu bildirilib.
Google brauzerində “Zero Day” zəifliyinin olduğunu deyərək bütün Chrome istifadəçilərini təcili olaraq yeni yeniləməni quraşdırmağa dəvət edib.
Zero Day zəifliyi Windows, Mac və Linux sistemlərində istifadə edilən Chrome brauzerlərinə mənfi təsir göstərir.
Bu səhv nəticəsində bir şəxs brauzerin yaddaşına etibarlı olmayan giriş əldə edə bilər.









