“Giləzi Quşçuluq” MMC marketlərə köhnə, iylənmiş, lax yumurtalar paylayıb. Tribuna.az xəbər verir ki, bu halla müştərilərdən biri üzləşib. Belə ki, “Araz” supermarketlər şəbəkəsindən “Giləzi Quşçuluq” MMC-yə aid aldığı 20 ədəd yumurtanın hamısı zay çıxıb.
İstehlakçı bildirir ki, yumurtaların üzərində tək tarix yazıldığından, onun buraxılış yoxsa istifadə müddətinə aid olduğunu bilmək olmur. Ancaq alınan yumurtalardan evdə istifadə edərkən onların köhnə olduğunu görüb.
“Bir neçəsini qaynatdıq. Bişsə də içi adi yumurta kimi deyildi. Həm də çox pis qoxu gəlirdi. Maraq üçün digər yumurtaları da sındırıb baxdıq. Hamısı köhnə idi. Rəngi dəyişmişdi, su kimi idi və üstəlik də kəkkin qoxu gəlirdi” – deyə, vətəndaş bildirib.
Tribuna.az













