“Hamı yazır ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla səhv edib. Deyirlər ki, bütün dünya birbaşa dəhlizin açılmasına çağırış edib. Proseslər Azərbaycanın ziyanına işləyir. Mənsə deyirəm, Azərbaycan nəyi səhv hesablayıb?” Tribuna.az xəbər verir ki, bu sözləri İrəvan Ağsaqqallar Şurasının üzvü Vahe Gevoqyan bildirib.
O qeyd edib ki, eyni sözləri son sentyabr döyüşlərində də ermənilər çox istifadə edirdilər. “Amma nə baş verdi? Onlarla erməni gənci öldü. Azərbaycan isə bu gün də tutduğu mövqelərdən bir addım geri çəkilməyib. Əgər düşünürsüz ki, onlar gedəcəklər, yanılırsız. Getməyəcəklər”.
Gevorqiyan onu da deyib ki, İlham Əliyev Ermənistandan fərqli olaraq öz imkanlarını və atdığı addımların nəticələrini çox aydın hesablayır. “Təsəvvür edin, İlham Əliyev müharibədən sonra heç nə etməsəydi, heç bir addım atmasaydı, nə olacaqdı? Heç nə ala bilməyəcəkdi. Nəticədə, Qarabağ məsələsi bundan sonra da on illər boyu nəticəsiz qalacaqdı. Ermənistanın baş naziri isə sağa-sola boş sözlər danışmağa başlamışdı. İndi İndi Azərbaycan havada asılı qalan məsələləri öz xeyrinə həll etmək üçün daim özünə rıçaqlar yaradıb və yaradır”.
İrəvan Aağsaqqallar Şurasının üzvü vurğulayıb ki, bundan sonra Azərbaycanın əldə edəcəyi məsələlər artıq bəllidir. “Azərbaycan Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində həll edəcək. Laçın dəhlizini bağlayacaq. Zəngəzur dəhlizinin statusunu da Laçın dəhlizi kimi eyiləşdirəcək. Gec-tez Laçının dəhlizi açılacaq. Bu qədər insanı həmişəlik indiki vəziyyətdə saxlamaq mümkün deyil. Amma düşünmürəm ki, Azərbaycan şərtsiz dəhlizi açsın. Açıldıqdan sonra yolun üzərində gömrük, nəzarət postları qoyulacaq. Və bunun üçün əsası da var. Bəyan edəcək ki, Zəngəzur dəhlizi necə, Laçın dəhlizi də o cür”.
Tribuna.az









