“Gent”lə oyundan əvvəl “Qarabağ”da ciddi itki

“Gent”lə oyundan əvvəl “Qarabağ”da ciddi itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç həkim müayinəsindən keçib.

Bununla bağlı klub məlumat yayıb. Müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən dörd həftə yaşıl meydanlardan kənar qalacaq.