“Gent”lə matça doğru: “Qarabağ”da çətinliklər var”

“Gent”lə matça doğru: “Qarabağ”da çətinliklər var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağır oyun olacaq. “Qarabağ”da bir neçə mövqedə çətinliklər var. Xüsusilə, komandada qapıçı problemi önə çıxır”.

Bu sözləri Futbolpress.az saytına açıqlamasında hazırda I Divizionda çıxış edən “Araz Naxçıvan”ın baş məşqçisi söylədi. “Qarabağ”ın Konfrans Liqasında “Gent”ə qarşı keçirəcəyi ilk oyunla bağlı fikirlərini bölüşən mütəxəssis komandadakı problemləri qeyd etdi:

“Meydanın mərkəzində hücum qurmaq baxımından çətinliklər var. Bu, “Sabah”la çempionat matçında da hiss olundu. Buna baxmayaraq, “Qarabağ”ın oyuna hazır olduğuna inanıram. Problemlərin fonunda qapıçı mövqeyində və müdafiədə axsamalar olacağını düşünürəm”. 

Bağırov “atlılar”ın üstün tərəflərindən də söz açdı. O, görüşün taleyini həlledə biləcək futbolçuların adını açıqladı:

“Düşünürəm ki, “Qarabağ”ın üstün cəhətlərindən biri müdafiənin cinahlarının yaxşı olmasıdır. Və əlbəttə, Abdullah Zubir. Sağ və sol cinah oyunçuları – Abdullah Zubir, Elvin Cəfərquliyev və Marko Veşoviç oyunun taleyini həll edə bilər. Düzdür, futbol komanda oyunudur. Amma “Gent”lə matçda bu futbolçuların önə çıxacağını düşünürəm”.

Bu gün keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də başlayacaq.