Yüzlərlə könüllü gəncin valideynlərinin övladını rus sülhməramlılarınının qarşısına göndərməsi dövlətinə güvənini göstərdi.
Tribuna.az xəbər verir ki, bu sözləri hazırda Laçın-Şuşa yolunda keçirilən aksiyada iştirak edən AY Partiya sədrinin müavini Sevinc Fədai bildirib. Onun sözlərinə görə, bu güvəni Azərbaycanın bütün vətəndaşlarında, bütün mövzularda yaratmaq lazımdır:
“Dövlətin dayağı onun vətəndaşları, xalqdır. Və bu xalq, həqiqətən, möhtəşəm, mərd, bir olmağı, bütöv olmağı bacaran xalqdır. Onun bütövlüyünü, qalib ruhunu qorumaq gərək. Əzmək, incitmək, möhtac, aciz duruma salmaq yox”.
Nigar
Tribuna.az










