“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi cərimələnib.
Tribuna.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Gəncə Avtomobil Zavodu” barədə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi əsasında protokol yərtib olunaraq iş Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Bu maddə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olmaqla bağlıdır.
Belə ki, bu məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Asif Əliyevin sədrliyilə araşdırılacaq.
bakivaxti.az









