Gələn ilin yaşayış minimumu qəbul edildi

Gələn ilin yaşayış minimumu qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
TİA.AZ xəbər verir ki, qanun layihəsi birinci oxunuşda müzakirələrdən sonra qəbul olunub.

Qeyd edək ki, layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü ildə 246 manat təşkil edəcək. Əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat təşkil edəcək.