Gələn il üçün yaşayış minimumu müəyyən edildi

Gələn il üçün yaşayış minimumu müəyyən edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.