“Ermənistan-Rusiya münasibətlərində gərginlik var. Bu da Rusiyanın siyasətinə və indiki mərhələdə tənqidlərə görədir. Həmçinin Rusiya sülhməramlılarının fəaliiyətinə görə”.
Tribuna.az xəbər verir ki, bu sözlərin müəllifi rusiyalı politoloq Fyodor Lukyanovdur.
Onun sözlərinə görə, Moskva ermənilərə hansısa formada müraciət etməli və cavab verməlidir. O hesab edir ki, bəzi şərhlər üçün həmin platforma artıq seçilib. Lakin Lukyanovun fikrincə, xalq diplomatiyasının bəzən siyasətlə heç bir əlaqəsi yoxdur. “Bunu bir neçə gün əvvəl Rusiya xarici işlər naziri də siyasəti ictimai bəyanatlardan ayıraraq qeyd edib. Rusiya Federasiyasının regiondakı maraqları həm Ermənistan, həm Azərbaycan, həm də hazırda heç də az əhəmiyyətli olmayan Qarabağla bağlıdır. Əgər ictimai ritorikanı bir kənara qoyub, ciddi məsələlərlə bağlı şərhlərə diqqət yetirsək, görərik ki, Rusiya siyasəti həmin üç subyektlə işləyir. Vəziyyəti daha dramatikləşdirməzdim. Ermənistan açıq manevrlər edir və Lavrov da buna reaksiya verir. Rusiya üçün bir çox istiqamətlərdə çətindir. Rusiya-Azərbaycan münasibətlərində də problemlər var. Dünən keçirilən mətbuat konfransında Azərbaycan tərəfi üçün də eyhamlar olub”.
Rus politoloq bildirir ki, Rusiya üçün bütün bu problemlər qlobal gündəm, Ukrayna məsələsi ilə izah edilməlidir. “Bu qaynar mərhələ keçilsə, bir çox məsələlər bu qədər ciddi olmayacaq. Digər sahələrdə Rusiyaya qarşı heç bir problem olmayacaq. İndiki keçid mərhələsində müxtəlif təsir sferalarında sarsıntılar Rusiya üçün təbii hadisədir”.
O, Laçın dəhlizində yaranmış vəziyyətdən danışarkən qeyd edib ki, Rusiya tərəfi üçün yaranmış vəziyyət və burada açıq-aşkar diskomfort olması Moskvanı tənqid etmək üçün də əsas yaradır. “Rusiya bu cür vəziyyətlərə nə qədər hazır olsa da, bu problemlidir. Tərəflərin dəvət etdiyi sülhməramlılar üçün keçilməz situasiyalar yarananda, onlar çətin qərarlar qəbul etmək zərurəti ilə üzləşəndə, Rusiyanın bir çox başqa problemləri olanda və bundan yayınanda əlavə problemlər baş qaldırır. Nəticədə, Qarabağdakı vəziyyət də onlardan biridir”
Tribuna.az









