İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli maraqlı araşdırma aparıb. Onun sözlərinə görə, Azərbaycanda bu həqiqətləri çox adam bilmir. Tribuna.Az məlumat verir ki, jurnalist Fransadakı separatizm ocaqlarını açıqlayıb.
Belə ki, başda Elzasın müstəqillik hərəkatı gəlir. Elzasın daha böyük muxtariyyət və ya tam müstəqilliyi uğrunda mədəni, ideoloji və siyasi regionalist hərəkatdır.
İkincisi, basklardır. Fransa Bask ölkəsi və ya dövlətidir.

Bretan isə hazırda Fransa sərhədləri daxilində qalan, keçmişdə müstəqil krallıq və hersoqluq olan bölgədir. Seltik xalqından biri olan Bretanların sayı 5 milyon nəfərə yaxındır. Onlar Qarabağ erməniləri kimi bir ovuc deyillər.
Korsikaya gələk Napoleon Bonapartın vətənidir. Bir vaxt o da Korsikanın azadlığı uğrunda Fransaya qarşı əlisilahlı mübarizə aparıb. 350 min nəfərlik əhalisi var.
Occitania – bu regionunun 16 milyon nəfər əhalisi var. Fransanın Flander Hərəkatı cənub-şərqi bir regiondur. İtaliya ilə qonşu olan bu region Provans-Alp-Kot Dazur əyalətinin inzibati hissəsidir. Aralıq dənizi sahilində yerləşir. Mərkəzi Marsel şəhəridir.
Fransada Katalan Hərəkatı da var. Dünyada katalan dilində 9.2 milyon adam danışır. Kataloniya Fransa ilə İspaniya arasında parçalanıb. Nə Fransa, nə də İspaniya katalonlara müstəqil dövlət olmağa imkan vermir.
Dənizkənarı Alplar — Fransanın cənubi-şərqində yerləşən departament, sıra nömrəsi-6, inzibati mərkəzi isə Nitsa şəhəridir. 1.1 milyon əhalisi var. Fransadan muxtariyyət almaq uğrunda mübarizə aparır. Normandiya Şimali Fransada yerləşir. Əhalisi 3.5 milyon nəfərdir. Fransadan muxtariyyət almaq uğrunda mübarizə aparır. Savoy. Fransanın cənub-şərqində Alp dağlarının ətəyində yerləşən tarixi bölgədir. Bir müddət müstəqil knyazlıq kimi mövcud idi, o, öz çiçəklənmə dövründə Nitsa, Genuya, Cenevrə və Piemont ərazilərini əhatə edirdi. Hazırda 1.3 milyon nəfərə yaxın əhalisi var. Fransadan muxtariyyət almaq uğrunda mübarizə aparır. Occitania – bu xalq Fransa, İtaliya və İspaniya arasında sıxılıb qalıb.
Bütün bunlar təkcə Fransada olan separatçı hərəkatlardır. Digər Avropa ölkələrində də vəziyyət aşağı-yuxarı eynidir. Bütövlükdə Avropada 260-a yaxın separatçı hərəkat var. Sual olunur: Niyə Fransa nə öz daxilində, nə də Avropada olan heç bir separatçı hərəkatlara dəstək vermir? Ancaq Fransa Azərbaycan və Türkiyədəki separatçı hərəkatları ikiəlli dəstəkləyir?









