FRANSADA MAKRON DAXİL BÜTÜN DÖVLƏT QULLUQÇULARINA YENİ QADAĞA

FRANSADA MAKRON DAXİL BÜTÜN DÖVLƏT QULLUQÇULARINA YENİ QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada dövlət qulluqçularına sosial media platformaları, filmlər, oyunlar və video saytları iş telefonlarına yükləmək qadağan edilib. Prezident Makronun da daxil olduğu qadağanın səbəbi kibertəhlükəsizliklə bağlıdır.

Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Çin və Qərb arasında ticarət rəqabəti ilə başlayan casusluq iddiaları davam edir.

Çin mərkəzli internet platformaları təhlükəsizlik səbəbi ilə bir-bir qadağan edilib.

ABŞ və Avropa ölkələri kibercasusluq qorxusu ilə Çində yerləşən Tiktok video paylaşım platformasını qadağan edib.

Fransa isə bu qadağanı bir addım da irəli atdı.

Məmurlara təkcə Tiktok deyil, bütün sosial media, film və video paylaşma saytları və oyun saytlarını iş telefonlarına yükləmək qadağandır.

Qadağa siyahısına “Netflix” kimi film saytları, “İnstagram” kimi sosial media saytları və “Candy Crash” kimi oyun saytları da daxildir.

Prezident Emanuel Makron qadağa çərçivəsində bu saytları iş telefonuna yükləyə bilməyəcək.