Fransada fəaliyyət göstərən 40 erməni təşkilatı ermənilərin “Qarabağa qaytarılması hüququ”nun dəstəklənməsi ilə bağlı bəyanat yayıb.
Tribuna.az xəbər verir ki, həmin təşkilatlar bu təşəbbüsün dünya tərəfindən dəstəklənməsini istəyiblər.
Bildirək ki, erməni təşkilatları “Bakıda saxlanılan erməni məhbuslar dərhal azad edilməlidir”, “Qarabağın erməni mədəni irsinin beynəlxalq mühafizəsi həyata keçirilməlidir”, “Qayıdış hüququ praktikada BMT nəzarəti altında həyata keçirilməlidir” və “Avropa dövlətləri birgə hərəkət etməlidirlər ki, beynəlxalq məhkəmə qərarları kağız üzərində qalmasın” “tələb”lərini irəli sürüblər.
Qeyd edək ki, erməni təşkilatlarının bu tələbləri xülyadan başqa bir şey deyil.
Fərda Uğur









